Close

May 21, 2017

“İnsan alveri və onun təzahür formaları ilə mübarizənin müasir tendensiyası” mövzusunda HMF baş tutmuşdur!

IMG_2026

20.05.2017 tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi Elnur Aslanovun təqdimatında “İnsan alveri və onun təzahür formaları ilə mübarizənin müasir tendensiyası” mövzusunda cari tədris ilinin sonuncu Hüquq Müzakirə Forumu keçirilmişdir!

Forumda insan alverinin anlayışı, müxtəlif növləri, milli qanunvericilikdə insan alveri cinayətinin yeri, ona qarşı beynəlxalq-hüquqi mübarizə və Interpolun bu sahədə fəaliyyəti haqqında məlumat verilmiş, müxtəlif analizlər aparılmışdır. Forumun sonunda insan alverinə qarşı mübarizə sahəsində aparılan əməliyyatları təsvir edən qısa videolar nümayiş etdirilmiş, bu istiqamətdə müxtəlif cinayətlərə görə axtarılan şəxslər haqqında ictimaiyyətə açıq informasiyalar verilmişdir.

Forum boyu aktivlik nümayiş etdirdikləri üçün bütün tələbələrə minnətdarlığımızı bildirir, növbəti tədris ilində yenidən görüşməyi arzu edirik!

 

IMG_1994 IMG_1995 IMG_1996 IMG_1997 IMG_1999 IMG_2000 IMG_2004 IMG_2006 IMG_2007 IMG_2009 IMG_2010 IMG_2011 IMG_2012 IMG_2014 IMG_2015 IMG_2019 IMG_2021 IMG_2022 IMG_2026 IMG_2027 IMG_2029 IMG_2030

Leave a Reply

Your email address will not be published. Required fields are marked *