Close

April 2, 2016

“Rəqabət hüququ: Hökmran mövqedən sui-istifadə” mövzusunda Hüquq Müzakirə Forumu

DSC_1205

Bu gün – 02.04.16 tarixində, 2016-cı ilin ilk müzakirəsi İlham Zülfüqarlının təqdimatında “Rəqabət hüququ: Hökmran mövqedən sui-istifadə” mövzusunda keçirildi. Müzakirədə açıq bazar iqtisadiyyatının əhəmiyyətli hüquq sahələrindən olan rəqabət hüququnda hökmran mövqe anlayışı, onun müəyyən edilməsi meyarları və ondan sui-istifadə halları barədə məlumat verildi. Qarşılıqlı sual-cavab şəklində keçən müzakirədə rəqabət mühitini pozan digər hallar beynəlxalq praktikanın, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın rəqabət hüququ sahəsində nəzərdə tutulan normalarının və Avropa Komissiyasının vermiş olduğu qərarların timsalında təhlil edildi. Bizə qoşulan və daimi iştirak edən, yüksək fikir yürütmək qabiliyyətinə malik olan tələbələrimizə təşəkkür edirik və onları növbəti semestrda müzakirələrimizə dəvət edirik!

DSC_1204 DSC_1205 DSC_1214 DSC_1215 DSC_1225 DSC_1258 DSC_1260

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *