Close

April 10, 2016

Beynəlxalq Vergi Hüququ: Transfer Qiymətləndirməsi

hmf4

9 aprel 2016-cı il tarixində Rəhmanov Əmrahın təqdimatında “Beynəlxalq Vergi Hüququ: Transfer Qiymətləndirməsi” mövzusunda növbəti hüququ müzakirə forumu keçirilmişdir. İlk olaraq forumun Baş Müşaviri Vaqif Nəsirov forumun mövzusu və əhəmiyyəti haqqında danışmış və müzakirəni açıq elan etmişdir. Forumun əvvəlində təqdimatçı hüquqi şəxslərin mənfəət vergisi, verginin azaldılması və ya ümumiyyətlə aradan qaldırılmasına gətirib çıxaran hallar, “ofşor” zonalar vasitəsilə vergidən yayınmalar barədə məlumat vermişdir. Müzakirə zamanı qarşılıqlı surətdə bir – birilə asılı olan şirkətlər, onlar arasındakı transfer əqdləri, transfer əqdlərinin qiymətləndirilməsi zamanı vergidən yayınma üsulları, belə qiymətlərin bazar qiymətləri ilə uyğun olmasını tənzimləyən “qol uzunluğu prinsipi” və bu prinsipin tətbiq edilməsi üçün istifadə olunan metodlardan söhbət açılmışdır. Sonda bir çox transmilli korporasiyanın vergidən yayınma üçün istifadə etdiyi “Double Irish with Dutch Sandwich” mexanizmi barədə məlumat verilmişdir.

hmf5 hmf3 hmf2 hmf6 ldf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *