Close

October 14, 2017

“Hüquq Düşüncəsi və Hüquqi Analiz metodları” mövzusunda Hüquq Müzakirə Forumu

22499090_2055830444648171_3765571599169918208_o

14.10.2017 tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs tələbəsi Nurlan Məmmədlinin təqdimatında “Hüquq Düşüncəsi və Hüquqi Analiz metodları” mövzusunda cari tədris ilinin ikinci Hüquq Müzakirə Forumu keçirilmişdir!

Forum ənənəvi qaydadan fərqli olaraq nəzəriyyə və kazusların növbələşməsi şəraitində keçmişdir. Təqdimatçı hüquq düşüncəsinin komponentləri, hüquqşünas kimi düşünmək, hüquqi əsaslandırma, hüquqi analiz və onun fərqli metodları haqqında iştirakçılara məlumat vermiş, əldə olunan nəzəri biliklər istifadə olunmaqla müxtəlif faktlar təhlil olunmuşdur. Müzakirələr əsnasında Hart, Habermas kimi hüquq alimlərinin fikirləri şərh edilmiş, iştirakçıların mövqeyi dinlənilmiş, Donoghue v. Stevenson [1932], Lucasfilm v. Ainsworth [2011] kimi tanınmış məhkəmə işləri analiz edilmişdir.

Forum boyu aktivlik nümayiş etdirdikləri üçün bütün tələbələrə minnətdarlığımızı bildirir, növbəti forumlarda yenidən görüşməyi arzu edirik!22424353_2055830047981544_1995724031533765415_o 22424607_2055831321314750_759690166240919469_o 22426192_2055829434648272_1463942807924836308_o 22499090_2055830444648171_3765571599169918208_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *