Close

October 7, 2017

“Hüququn mənəvi tərəfi: hüquq hər zaman üstündürmü?” mövzusunda Hüquq Müzakirə Forumu

22291561_2052913651606517_4643274287340833164_o

07.10.2017 tarixində 4-cü kurs SABAH qrupu tələbəsi Kənan Mədətlinin təqdimatında “Hüququn mənəvi tərəfi: hüquq hər zaman üstündürmü?” mövzusunda cari tədris ilinin ilk Hüquq Müzakirə Forumu keçirilmişdir!

Forumun nəzəri hissəsində hüququn mənəvi tərəfi, mənəvi əsaslandırma, mənəviyyatın hüququn tətbiqində və yaradılmasında yeri təhlil olunmuş, məşhur hüquq filosoflarının yanaşmaları müzakirə olunmuşdur.
Praktiki hissədə isə müxtəlif faktlar və məhkəmə işləri təqdim edilmiş və tələbələrə mənəvi analiz aparmaq imkanı yaradılmışdır. Forumun sonunda isə Queen v. Dudley and Stephens və Guerro and ors. v. Italy məhkəmə işləri müzakirə olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştiraka səsləyirik.

22256795_2052913484939867_8044714930523209873_o

 

22291561_2052913651606517_4643274287340833164_o

22384085_2052914051606477_1263894924251366119_o 22256701_2052913841606498_3150595373802030522_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *