Close

November 18, 2017

“Hüquq sistemlərinin ziddiyyəti paradiqması: Anqlo-Sakson vəRoman-German hüquq sistemlərinin müqayisəsi” mövzusunda Hüquq Müzakirə Forumu

BC43B87C-5049-47E1-9CE0-0CD24D546A28

2017/2018-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18.11.2017-ci il tarixində “Hüquq sistemlərinin ziddiyyəti paradiqması: Anqlo-Sakson və Roman-German hüquq sistemlərinin müqayisəsi” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs tələbəsi Nicat Rəsulzadənin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində təqdimatçı müqayisəli təhlilin mahiyyəti, Roman-german və ümumi hüquq sistemlərinin tarixi inkişafı, Roma hüququnun bu inkişafa təsiri, hüququn əsas prinsiplərinin hər iki sistemdə alqılanması, hüquq mənbələrinin hüququn tətbiqində rolu kimi məsələlərlə bağlı təhlillər aparmışdır. Forumun praktiki hissəsində Mark Rich v. Societa Italiana Impianti məhkəmə işi müzakirə olunmuşdur.

Forum boyunca aktivlik nümayiş etdirdikləri üçün bütün tələbələrə minnətdarlığımızı bildirir, növbəti forumlarda yenidən görüşməyi arzu edirik!BC43B87C-5049-47E1-9CE0-0CD24D546A28 7885A32A-F8EC-430D-A90D-9D011E55E3B6 6E19A888-C839-443E-9A4D-394FA2D3ABAE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *