Növbəti Hüquq Müzakirə Forumu 23.04.2016 tarixində “Sosial mediada məlumatların qorunması” mövzusunda Kənan Mədətlinin təqdimatında baş tutmuşdur. Forumun nəzəri hissəsində sosial mediada məlumat anlayışı və onun məxfiliyi, sosial mediada məlumatların qorunmasının hüquqi cəhətləri, sosial mediada məlumatların icazəsiz götürülməsi və ötürülməsi, sosial mediada “Məxfilik razılaşmaları” və onların hüquqi cəhətləri, bu sahədə beynəlxalq sənədlər və onların implementasiyası, məlumatların qorunması Azərbaycan Respublikası qanunvericiliyində və digər başlıqlar ətrafında müzakirələr aparılmış mövzuyla bağlı “Europe v. Facebook” adlı məhkəmə işi təhlil olunmuşdur. Sizləri digər tədbirlərdə görməkdən məmnun olarıq!