2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 6 aprel 2025-ci il tarixində, saat 11:00-da “Kouz Teoremi: Ədalətin Riyazi Formulu” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Sezər Allahverdiyevin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Kouz teoreminin mahiyyəti və formaları;
– Kouz teoremi ilə hüququn iqtisadi təhlili arasındakı qarşılıqlı əlaqə;
– Hüquqda sosial xərc problemi;
– Delikt və müqavilə mübahisələrinin həlli yolunda teoremin tətbiqi və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar real kazuslar ətrafında müzakirələr aparılmışdır.


