2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 29 mart 2025-ci il tarixində, saat 11:00-da “Maliyyə Sistemində Qiymət Ayrı-seçkiliyi: Dövlətin Tənzimləmə və Nəzarət Üsulları” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin hüquqşünası Gülnarə Fətullayevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Qiymət ayrı-seçkiliyinin iqtisadi mahiyyəti və formaları;
– Qiymət ayrı-seçkiliyinin müsbət və mənfi cəhətləri;
– Vergi yükünün müxtəlif istehlakçılar arasında paylanması;
– Dövlətin vergi siyasətində sözügedən məsələnin tənzimlənməsi və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar real kazuslar ətrafında müzakirələr aparılmışdır.


