2024/2025-ci tədris ilinin Elm Gününə həsr edilmiş Hüquq Müzakirə Forumu 15 mart 2025-ci il tarixində, saat 11:00-da “Dövlət Suverenliyinin Tərkib Hissəsi kimi Kibervətən Anlayışı” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, Selçuk və Koimbra Universitetlərinin magistr, Tübingen Universitetinin doktorantura məzunu, Ankara Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru Təbriz Raufoğlunun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinə nəzəri yanaşmalar;
– İnternetdə yurisdiksiya problemi;
– Dövlət suverenliyi və kiberməkan anlayışları;
– İnternetin idarə edilməsi, onun dövlətlərarası problem kimi beynəlxalq hüquq çərçivəsində həll yolları və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Praktiki hissədə isə mövzu ilə əlaqəli müxtəlif kazuslar ətrafında müzakirələr aparılmışdır.


