2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 2 mart 2025-ci il tarixində, saat 11:00-da “Hüquq Nəzəriyyəsinin Qısa Tarixi: Otaqdakı Fili Görmək” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Camal Əzimovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– Hüquq nəzəriyyəsinin fəlsəfi başlanğıcı;
– Klassik hüquq nəzəriyyələrinin formalaşması;
– Sovet hüquq nəzəriyyəsi və “hüququn ölümü”;
– Postsovet hüquq təhsilində hüquq nəzəriyyəsinin tədrisi və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.

Praktiki hissədə isə hüquq nəzəriyyəsinin tədrisində müasir yanaşmalar ətrafında müzakirələr aparılmışdır.