2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 23 fevral 2025-ci il tarixində, saat 11:00-da “Əmtəə Nişanına dair Hüquqların Tükənməsi: Paralel İdxal” mövzusunda Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ üzrə magistr məzunu, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin hüquqşünası Türkan Kərimovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Əmtəə nişanına dair hüquqların təhlili;
– Əqli mülkiyyət hüququnda “ilk satış” doktrinası;
– Hüquqların yerli, regional və beynəlxalq səviyyədə tükənməsi;
– Azərbaycan Respublikasının qanunvericiliyində paralel idxal və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli kazuslar ətrafında müzakirələr aparılmışdır.


