2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 8 mart 2025-ci il tarixində, saat 11:00-da “Arbitrajda “Double-Hatting” Paradoksu: Tərəflərin Muxtariyyəti, yoxsa Arbitrin Qərəzsizliyi?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Alsu Kərimovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– “Double-Hatting” paradoksunun anlayışı və təhlili;
– Arbitrajda maraqların toqquşması və etik məsələlər;
– Beynəlxalq institutların adıçəkilən məsələyə yanaşması: irəli sürülən tənzimləmələr və onların təhlili;
– Paradoksun həllinə dair alternativ üsullar və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.

Praktiki hissədə isə mövzu ilə əlaqəli müxtəlif kazuslar ətrafında müzakirələr aparılmışdır.