2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 22 dekabr 2024-cü il tarixində, saat 11:00-da “Pulp Fiction”-ın Rəqəmsal Sahibləri: NFT və Müəlliflik Hüquqları” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Xədicə Abbasovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– NFT-lərin anlayışı və texniki cəhətləri;
– Müəlliflik hüququndan irəli gələn müstəsna hüquqlar və onların təhlili;
– NFT istehsalçıları və sahiblərinin müəlliflik hüququ kontekstində qarşılaşdıqları problemlər;
– NFT-lərin müəlliflik hüquqlarının pozuntusu hesab edilməsinə dair müxtəlif yanaşmalar və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.

Praktiki hissədə isə mövzu ilə əlaqəli müxtəlif nümunələr və “Tarantino v. Miramax” məhkəmə işi ətrafında müzakirələr aparılmışdır.