2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 14 dekabr 2024-cü il tarixində, saat 11:00-da “Vacib Əhəmiyyətli Yanılma Əqdin Etibarsızlıq Forması kimi” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Tartu Universitetinin magistr məzunu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin hüquqşünası Rüfət Nağıyevin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:
– İradə ifadəsinin anlayışı və əhəmiyyəti;
– ⁠Əqdlərin etibarsız hesab edilmə əsasları, habelə onların hüquqi nəticələri;
– ⁠Vacib əhəmiyyətli yanılmanın anlayışı və mahiyyəti;
– ⁠Vacib əhəmiyyətli yanılma halları və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar kazuslar ətrafında müzakirələr aparılmışdır.