2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 7 dekabr 2024-cü il tarixində, saat 11:00-da “Silahlı Münaqişələrdə Ekologiyanın Qorunması: “Prinsiplər Layihəsi” Perspektivindən” mövzusunda Bakı Dövlət Universitetinin Ekologiya hüququ ixtisası üzrə magistr tələbəsi Ceyhun Əsədov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu Gültəkin Səfərlinin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

− Silahlı münaqişələrin anlayışı və təsnifatı;

Münaqişədən öncə, münaqişə dövrü və sonrakı dövrlərdə ekologiyanın qorunmasının tənzimlənmə xüsusiyyətləri;

− Silahlı münaqişələr dövründə ekologiyanın mühafizəsi ilə bağlı beynəlxalq hüquqi sənədlər;

− “Prinsiplər Layihəsi”nin anlayışı, yanaşma və perspektivləri;

− Mövzuya Qarabağ münaqişəsi kontekstində baxış və digər məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə müzakirə olunan mövzular barədə quiz təşkil edilmişdir.