2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 30 noyabr 2024-cü il tarixində, saat 11:00-da “Vergi Qanunvericiliyində Qara Siyahı: Riskli Vergi Ödəyiciləri və Əməliyyatlarının Hüquqi Tənzimlənməsi” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu və magistr tələbəsi Seyidbəyim Hüseynovanın təqdimatında baş tutmuşdur
Forumun nəzəri hissəsində:
– Riskli vergi ödəyicisi anlayışı və meyarları;
– Riskli vergi əməliyyatlarının hüquqi və maliyyə təsirləri;
– Bu sahədə qanunvericiliyə edilmiş son dəyişiklik və yeniliklər;
– Riskli vergi ödəyicilərinə qarşı vergi orqanlarının nəzarət mexanizmləri, habelə bu mexanizmdəki mövcud hüquqi boşluqlar və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.