2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 24 noyabr 2024-cü il tarixində, saat 13:00-da “Beynəlxalq Humanitar Hüquqda İşğal: Saxlanılma və Mülki Əhalinin Müdafiəsi” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Samir Nəcəfovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Beynəlxalq humanitar hüquqda işğalın anlayışı, habelə başlama və bitmə əsasları;
– İşğal şəraitində mülki əhaliyə münasibət, onların hüquqlarının məhdudlaşdırılması və təminatları;
– İşğal edilmiş ölkələrin qanunvericiliklərində dəyişikliklərinin mümkünlüyü;
– İşğal şəraitində saxlanılmanın növləri və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli kazuslar ətrafında müzakirələr aparılmışdır.