2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 2 noyabr 2024-cü il tarixində, saat 11:00-da “Maliyyə Cinayətlərinə Effektiv Nəzarət: Komplayensin Tətbiqi” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu və magistr tələbəsi Səma Məmmədovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Maliyyə cinayətlərinin növləri və səbəbləri;

– Beynəlxalq təşkilatların maliyyə cinayətləri ilə mübarizədə rolu;

Yerli və beynəlxalq qanunvericilikdə maliyyə cinayətləri ilə mübarizə, həmçinin komplayensə dair tələblər;

– Komplayens risklərinin idarə olunması üçün istifadə olunan metod, texnologiyalar və digər məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar kazuslar ətrafında müzakirələr aparılmışdır.