2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 26 oktyabr 2024-cü il tarixində, saat 11:00-da “Messi Bu Dəfə “Prime” Müdafiəçilərinə Qarşı: Bazarda Haqsız Rəqabət Mübarizəsi“ mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Mansur Səmədovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Rəqabət hüququnun anlayışı və məqsədi;
– Rəqabət hüququ çərçivəsində bazarda yaranan münasibətlər;
– Milli və beynəlxalq qanunvericilikdə haqsız rəqabət;
– Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi və onun nüfuzdan salınması;
– Sübutetmə aspektindən haqsız rəqabət və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif nümunələr və “Mark Anthony International SRL v. Prime Hydration, LLC” məhkəmə işi ətrafında müzakirələr aparılmışdır.