2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 25 may 2024-cü il tarixində, saat 11:00-da “Korporativ İdarəetmə: Hüquqi Şəxsin Orqanları” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin magistr məzunu, Azərbaycan Respublikası Mərkəzi Bankının aparıcı hüquq məsləhətçisi Kənan Təyyarlının təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Korporativ idarəetmə anlayışı və əhəmiyyəti;
– Hüquqi şəxslərdə idarəetmə orqanları və səlahiyyətləri;
– İdarəetmə orqanları üzvlərinin fidusiar öhdəlikləri və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazuslar və məhkəmə qərarları ətrafında müzakirələr aparılmışdır.