023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 may 2024-cü il tarixində, saat 11:00-da “İnzibati Məhkəmələrdə Hakimin İşə Müdaxiləsinin Əhəmiyyəti” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu və magistr tələbəsi, “Unibank” KB ASC-nin hüquqşünası Əlixan Qarayevin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– İnzibati məhkəmələrdə “ex officio” prinsipinin tətbiqi;
– İnzibati məhkəmə hakimlərinin iddiaçıya yardım etmək öhdəliyinin mahiyyəti və sərhədləri;
– Mövcud olan oxşar prinsiplərin müxtəlif qanunvericiliklərdə müqayisəli təhlili və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazuslar və məhkəmə qərarları ətrafında müzakirələr aparılmışdır.