2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 11 may 2024-cü il tarixində, saat 11:00-da “Rəqəmsal Mühitdə İradə İfadəsi: Yazılı Müqavilələrdə İmzanın Etibarlılığı” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Alsu Kərimovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Oferta və akseptin hüquqi mahiyyəti;
– Yazılı müqavilələrdə akseptin təzahürü kimi imzadan istifadə;
– İmzanın etibarlılığının müəyyən edilməsi;
– Rəqəmsal inkişafın yazılı müqavilələrin etibarlılığına təsiri və digər məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar məhkəmə işləri ətrafında müzakirə aparılmışdır.