2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 27 aprel 2024-cü il tarixində, saat 11:00-da “Hər Şeyi Bilən Hakim Problemi: Uydurmadan Gerçəkliyə” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr məzunu və Ekologiya hüququ ixtisası üzrə magistr tələbəsi Ceyhun Əsədovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Müxtəlif təfsir nəzəriyyələri;
– “Hər şeyi bilən hakim – Hercules” modeli və onun ədalət mühakiməsi həyata keçirməsinin mümkünlüyü;
– Hakimlərin qərarına təsir edən obyektiv və subyektiv amillər;
– Hüquqda biliklərin yeri, habelə onun iradə azadlığı ilə əlaqəsi və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazus və məhkəmə işləri ətrafında müzakirə aparılmışdır.