2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 20 aprel 2024-cü il tarixində, saat 11:00-da “Rəqəmsal Mühitdə Hüquqların Məhdudlaşdırılması: Onlayn Məzmun Moderasiyası” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 2-ci kurs tələbəsi Sezər Allahverdiyevin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Məzmun moderasiyasının anlayışı və əhəmiyyəti;

– Onun müxtəlif qanunvericiliklərdəki tənzimlənməsi;

Sözügedən prosesin fundamental hüquqlarla əlaqəsi;

– Məzmun moderasiyasında proporsionallıq tələbi və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.