2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 13 aprel 2024-cü il tarixində, saat 11:00-da “Qüsurlu Arbitraj Müddəası: Natamamın Tamamlanması” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin 3-cü kurs tələbəsi Mansur Səmədovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Arbitraj müddəasının formalaşdırılması və tərkib elementləri;
– Qüsurlu arbitraj müddəaları və onların müəyyənləşdirilməsi;
– Sözügedən müddəaların təfsiri və tanınması;
– Qüsurların qarşısının alınması və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqədar məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.