2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 7 aprel 2024-cü il tarixində, saat 11:00-da “Patent Hüququ: “SEP” Modeli və “FRAND” Şərtləri” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və Bakı Dövlət Universitetinin magistr məzunu, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin hüquqşünası, Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müəllimi Türkan Kərimovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Standartda əsas patentlərin anlayışı və əhəmiyyəti;
– “SEP”lərin texnoloji inkişafda və hakim mövqenin müəyyən edilməsində rolu;
– “SEP” sahibinin patent lisenziyası vermək vəzifəsi;
– Patent hovuzlarının patent lisenziyasında rolu;
– “FRAND” şərtlərinin patent lisenziyasına tətbiqindəki çətinliklər və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müvafiq məhkəmə qərarları müzakirə edilmişdir.