2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 30 mart 2024-cü il tarixində, saat 11:00-da “Əmək Münasibətlərinə Xitam Verilməsinin Tənzimlənməsi: Xitam Verən Tərəf Hər Zaman Haqlıdırmı?” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 2-ci kurs tələbəsi Camal Əzimovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Tərəflərin əmək müqaviləsindən yaranan öhdəlikləri;
– Əmək müqaviləsinə xitam verilməsinin əsasları;
– İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası;
– İşdənçıxma müavinətinin şamil edildiyi şəxslər;
– İşsizlikdən sığorta ödənişinin verilmə şərtləri və digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli kazus və məhkəmə işləri ətrafında müzakirə aparılmışdır.