2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 16 mart 2024-cü il tarixində, saat 11:00-da “Gig İqtisadiyyatı”nın Hüquqi Tənzimlənməsi: Sərbəst İşçi Statusu və Mövcud Boşluqlar” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, hüquqşünas Mehri Quliyevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– “Gig iqtisadiyyatı”nın mahiyyəti və hüquqi tənzimlənməsi;
– ”Gig iqtisadiyyatı”nda işçi və işəgötürənin hüquqi statusu;
– Sərbəst işçinin hüquqi statusunun meyarları;
– Əmək qanunvericiliyi çərçivəsində qorunan və qorunmayan hüquqlar;
– ”Gig iqtisadiyyatı”nın milli və beynəlxalq təcrübədə tənzimlənməsinin müqayisəli təhlili, habelə digər əlaqəli məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli kazuslar və məhkəmə işləri ətrafında müzakirə aparılmışdır.