2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 9 mart 2024-cü il tarixində, saat 11:00-da “Əmək Fəaliyyətini Davam Etdirən Hərbi Qulluqçuların Pensiyasının Yenidən Hesablanması: Artım, yoxsa Azalma?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, “Ravy Property” MMC-nin kiçik hüquqşünası Gültəkin Səfərlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər;
– İşləyən əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması qaydaları;
– Qulluq stajına görə əlavələrin anlayışı;
– Əmək pensiyalarının, habelə qulluq stajına görə əlavələrin yenidən hesablanması zamanı yaranan fərqlər və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazuslar ətrafında müzakirələr aparılmışdır.