2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 2 mart 2024-cü il tarixində, saat 11:00-da “Müraciət Etmək Hüququ: Dövlət və Vətəndaşların Maraqlarının Uzlaşdırılması Kontekstində” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Gülçin Məmmədyarovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Müraciət hüququnun mahiyyəti və tətbiq dairəsi;
– Milli və beynəlxalq qanunvericilikdə müraciət hüququnun əks olunduğu aktlar;
– Müraciətin forma və növləri;
– Müraciət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müvafiq məhkəmə qərarları müzakirə edilmişdir.