2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 24 fevral 2024-cü il tarixində, saat 11:00-da “Heyvanlara qarşı Qəddarlığın Kriminallaşdırılması: Mövcud Qanunvericilik Heyvanların Rifahını Təmin Edirmi?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr məzunu, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nuranə Məmmədovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Heyvan hüquqlarının mahiyyəti ilə bağlı yanaşmalar;

Beynəlxalq qanunvericilikdə heyvan hüquqlarının qorunmasına dair aktlar;

– Milli qanunvericilikdə heyvanlara qarşı zorakılığın qarşısının alınması haqqında müddəalar;

– Ölkəmizdə cari dövrdə heyvanlara qarşı zorakılığın kriminallaşdırılmasının mümkünlüyü və digər məsələlər barəsində məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə mövzu ilə bağlı məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.