2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 17 fevral 2024-cü il tarixində, saat 11:00-da “Mədəni Mənimsəmə: İmitasiya, yoxsa İlhamlanma?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, BHM Hüquq Şirkətinin hüquq məsləhətçisi Gülnarə Fətullayevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Mədəni mənimsəmənin mahiyyəti və əlaqəli nəzəriyyələr;

– Etnik azlıqların sözügedən məsələ ilə bağlı əqli mülkiyyət hüquqlarının qorunması;

– Mədəni mənimsəmə və qiymətləndirmənin fərqləndirilməsi;

– Mədəniyyət obyektlərinin mühafizəsinin yerli və beynəlxalq qanunvericilik çərçivəsində müqayisəli təhlili və digər vacib məqamlar barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə sözügedən məsələ ilə əlaqədar məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.