2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 24 dekabr 2023-cü il tarixində, saat 15:00-da “Ali Məhkəmə Qərarlarının Milli Qanunvericilik Sistemindəki Yeri: Tarixi İnkişaf və Müasir Yanaşmalar” mövzusunda hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əzimovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Ali Məhkəmənin dövlət hakimiyyəti sistemindəki yeri;

– Ədalət mühakiməsinin həyata keçirilməsində yuxarı instansiya kimi Ali Məhkəmənin rolu;

“Ali Məhkəmənin qərarları hüququn mənbəyidir” konsepsiyasının lehinə və əleyhinə olan mülahizələr;

– Milli hüquq sistemində Ali Məhkəmənin roluna dair yeni tendensiya və məhkəmələrin müstəqilliyi problemi;

– “De lege lata” qanunvericiliyinin təhlili;

– “De lege ferenda”ya dair mülahizələr və digər məsələlər barəsində məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə qüvvədə olan prosessual qanunvericiliyin praktikadakı tətbiqi ətrafında müzakirələr aparılmışdır.