2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 16 dekabr 2023-cü il tarixində, saat 11:00-da “Korporativ Sosial Məsuliyyət: Cəmiyyətin Rifahı, yoxsa Biznes Strategiyası?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq Fakültəsi 1-ci kurs magistr tələbələri Seyidbəyim Hüseynova və Nəsrin İbayevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Korporativ sosial məsuliyyətin (“KSM”) mahiyyəti və xüsusiyyətləri;
– KSM-in etik və hüquqi aspektləri;
– KSM-in biznes sahəsində əhəmiyyəti və praktikada tətbiqi;
– KSM-dən biznes mənfəəti üçün sui-istifadə hallarının mümkünlüyü və digər məsələlər barəsində məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazuslar ətrafında müzakirələr aparılmışdır.