2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 9 dekabr 2023-cü il tarixində, saat 11:00-da “Respondeat Superior” Doktrinası: Hərbi Qulluqçular Kontekstində” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, Caspian Legal Center şirkətinin hüquqşünası Ceyhun Xəlilovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– “Respondeat Superior” doktrinasının anlayışı və mahiyyəti;
– İşçi və işəgötürən anlayışlarının hüquqi təhlili;
– Hərbi qulluqçular ilə müvafiq qurumların işçi və işəgötürən anlayışlarına uyğunluğu;
– Hərbi qulluqçular tərəfindən vurulmuş ziyanın müvafiq qurumlar tərəfindən ödənilməsinin mümkünlüyü;
– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan məsələlərə dair mövqeyi və digər vacib məqamlar barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə məhkəmə təcrübəsində mövcud olan əks mövqelərin təhlilinə dair müzakirələr aparılmışdır.