2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 2 dekabr 2023-cü il tarixində, saat 11:00-da “Əsas Neft və Qaz Sazişləri: Hasilatın Pay Bölgüsü Sazişlərinin Hüquqi Əhəmiyyəti” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr məzunu, EY Azərbaycan şirkətinin Baş hüquq məsləhətçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Şəbnəm Şabanovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– HPBS-lərin strukturu və onun tərəfləri arasındakı müqavilə münasibətləri;
– HPBS-lərin hüquqi təbiəti və əsas müddəaları;
– HPBS-lərin rejimi çərçivəsində imtiyaz və güzəştlər;
– Neft-qaz sənayesinin Azərbaycanda hüquqi tənzimlənməsi və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə HPBS-lərin konsessiya, risk xidmət sazişi, həmçinin podrat və icarə müqavilələri ilə müqayisəli təhlilinə dair müzakirələr aparılmışdır.