2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 25 noyabr 2023-cü il tarixində, saat 11:00-da “Banklar Niyə və Necə Bağlanır?” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr məzunu, Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq məsləhətçisi Ziya Şivəxanlının təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Bankların xüsusi tənzimlənmə zərurəti;

– Problemli bankların xarakterik xüsusiyyətləri, onların müəyyənləşdirilməsi və aqibəti;

– Rezolyusiya və onun alətləri;

– Bankların ləğvi və digər məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə beynəlxalq maliyyə böhranları, eləcə də sözügedən məsələ ilə əlaqədar kazuslar ətrafında müzakirələr aparılmışdır.