2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 noyabr 2023-cü il tarixində, saat 14:00-da “Mülki Prosesdə “Sübutetmə Standartı”: Faktların Sübut Edilməsinin Meyarı Varmı?“ mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, Mərkəzi Avropa və Pensilvaniya Universitetlərinin magistr məzunu, Remells Hüquq Şirkətinin direktoru Rəşid Əliyevin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Sübutetmə anlayışı və onun mahiyyəti;
- Sübutetmə növləri kimi birbaşa və dolayı sübutlar;
- “Sübutetmə standartı” və onun anqlosakson hüquq sistemindəki yeri;
- “Sübutetmə standartı”nın Azərbaycan məhkəmə praktikasında tətbiqinin mümkünlüyü və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı məhkəmə praktikası ətrafında müzakirələr aparılmışdır.