2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 11 noyabr 2023-cü il tarixində, saat 11:00-da “Kibercinayətkarlığa qarşı Mübarizənin Hüquqi Aspektləri” mövzusunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, h.ü.f.d. Elvin Balacanovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Milli və beynəlxalq hüquqda kibercinayətlərin anlayışı və xarakteristikası;
– Kibercinayətkarlığa qarşı mübarizə imkanları və əməkdaşlıq mexanizmləri;
– Kibercinayətkarlığa qarşı mübarizənin özünəməxsus çətinlikləri və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə yerli qanunvericilikdəki boşluqlar və müvafiq sahəyə münasibətdə beynəlxalq yanaşma ətrafında müzakirələr aparılmışdır.