2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 5 noyabr 2023-cü il tarixində, saat 11:00-da “İqtisadi Təmərküzləşmələr Yeni Rəqabət Məcəlləsi Mövqeyindən” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr məzunu, EY Azərbaycan şirkətinin Baş hüquq məsləhətçisi Ülkər Fərzəliyevanın təqdimatında baş tutmuşdır.
Forumun nəzəri hissəsində:

– İqtisadi təmərküzləşmələrin növləri və tənzimlənməsinin məqsədi;

– İqtisadi təmərküzləşmələrin hazırkı qanunvericilik və qüvvəyə minəcək Rəqabət Məcəlləsində tənzimlənməsi;

– Razılıq alınması tələb olunan təmərküzləşmələr;

– İqtisadi təmərküzləşmələrin qadağan olunduğu hallar, həmçinin digər məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə Avropa İttifaqının və Birləşmiş Krallığın təmərküzləşmələrə razılıq verməməsinə dair təcrübəsi araşdırılmış, son illərdə təmərküzləşmələrlə bağlı mübahisəli işlər ətrafında müzakirələr aparılmışdır.