2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 28 oktyabr 2023-cü il tarixində, saat 11:00-da “Mərkəzi Bankçılıq və Onun Hüquqi Tənzimlənməsi” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr və magistr, həmçinin Würzburg Universitetinin magistr məzunu, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş hüquq məsləhətçisi Mehdi Mehdizadənin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Mərkəzi bankçılığın yaranması və inkişafı;
– Mərkəzi bankların hüquqi xarakteristikası;
– Mərkəzi bankların mandatı, məqsədləri, funksiya və səlahiyyətləri;
– Mərkəzi bankların ölkə iqtisadiyyatında rolu və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə son illərdə mərkəzi bankların fəaliyyəti ilə əlaqədar mübahisəli məsələlər araşdırılmış və həm ölkəmizdə, həm də xarici ölkələrin təcrübəsində baş verən yeniliklərlə bağlı müzakirələr aparılmışdır.