2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 21 oktyabr 2023-cü il tarixində, saat 11:00-da “Beynəlxalq Hüquq Kontekstində Kiberməkana Yönəlik Yurisdiksiya Problemi” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, Selçuk və Koimbra Universitetlərinin magistr məzunu, hüquq elmləri üzrə fəlsəfə doktoru Təbriz Raufoğlunun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Kiberməkanın hüquqi xarakteristikası;

Beynəlxalq ümumi hüququn kiberməkana tətbiqinin mümkünlüyü;

– Klassik sərhəd anlayışı ilə müqayisəli şəkildə kiber sərhədlərin müəyyən edilə bilinib-bilinməməsi;

– Kiberməkanda milli suverenlik paradiqması və s. barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə milli suverenliyin kiberməkanda müdafiəsi zamanı yaranan problemlər, həmçinin Çin Xalq Respublikasının bu sahədəki təcrübəsi araşdırılmış, mövzu ilə əlaqəli müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.