2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 14 oktyabr 2023-cü il tarixində, saat 11:00-da “Hüquq Düşüncəsi: Analiz, Qavrama və Tətbiqetmə” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu, “Dentons” Hüquq Şirkətinin hüquqşünası Kənan Mədətlinin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Hüququn mənbələrinin formalaşmasında hüquq düşüncəsinin rolu;

– Hüquq normasını anlamaqda hüquq düşüncəsinin önəmi;

Hüquq normalarının tətbiqi zamanı hüquq düşüncəsinin əhəmiyyəti və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.