2023/2024-cü tədris ilinin ilk Hüquq Müzakirə Forumu 7 oktyabr 2023-cü il tarixində, saat 11:00-da “Rəqəmsal Dünyada “Həqiqətin” Aşkarlanması: Elektron Sübutların Hüquqi Tənzimlənməsi” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Xoşqədəm Salmanovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Elektron sübutların toplanması, əldə edilməsi və saxlanılması;
– Elektron sübutların qiymətləndirilmə standartları;
– Xarici və yerli məhkəmə təcrübəsində bu sübutların etibarlılığı və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə elektron sübutlarla bağlı yerli qanunvericilikdəki boşluqlar araşdırılmış və müxtəlif dövlətlərin praktikası barədə müzakirələr aparılmışdır.