2022/2023-cü il tədris ilinin son Hüquq Müzakirə Forumu 3 iyun 2023-cü il tarixində, saat 11:00-da “Mediaya Tətbiq Olunan Hüquqi Məhdudiyyətlər: İctimai Maraq və Şəxsi Mənafelərin Toqquşması” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Mehri Quliyevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Media hüququnu tənzimləyən prinsiplər;
  • Media subyektlərinin hüquqları;
  • Media azadlığının müəyyən olunmuş sərhədləri;
  • Mediaya nəzarət mexanizmlərinin yerli və beynəlxalq qanunvericilik çərçivəsində müqayisəli təhlili və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.