2022/2023-cü il tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 28 may 2023-cü il tarixində, saat 11:00-da “Müasir Dövrdə Virtual Platformaların Hüquqa Təsiri: Standart Müqavilələr və Platformadaxili Mübahisələr” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat İsmayılzadənin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Platformaların müqavilə metodologiyası və standart şərtlərin geniş tətbiqi;
- Standart müqavilələrdən smart müqavilələrə keçid;
- Mübahisələrin platformalarda elektron qaydada həlli;
- Platformalardakı müqavilələrin dəyişdirilməsi və bunun nəticəsində yarana biləcək problemlər və s. məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə kazuslar əsasında standart və smart müqavilələrin tətbiqi, platformaların hüququn gələcəyinə təsiri və yarana biləcək təhdidlər ətrafında müzakirələr aparılmışdır.