2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 20 may 2023-cü il tarixində, saat 11:00-da “Yeni Dünya Nizamında Beynəlxalq Hüquq və Sülh Quruculuğu” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Cavid Rəhimlinin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Beynəlxalq hüququn inkişafının sosioloji aspektləri;
  • Geosiyasət və beynəlxalq hüququn qarşılıqlı əlaqəsi;
  • Beynəlxalq hüququn Asiya (Çin) modeli;
  • Beynəlxalq təşkilatlar və dövlətlərin sülh quruculuğundakı rolu və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə yeni dünya nizamında əsas güc mərkəzləri, beynəlxalq hüququn gələcəyi, həmçinin Azərbaycanla Ermənistan arasında bağlanılacaq potensial sülh müqaviləsi ətrafında müzakirələr aparılmışdır.