2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 13 may 2023-cü il tarixində, saat 11:00-da “Med-Arb: Mübahisələrin Həllində Hibrid Proseslərin Rolu” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Saarland Universiteti Avropa İnstitutunun “Avropa və Beynəlxalq Hüquq” ixtisası üzrə magistr məzunu, Fortiori Hüquq Şirkətinin hüquq məsləhətçisi İsa Rəhimlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Mübahisə və konflikt konsepsiyalarının əsasları;
- Med-Arb və onun işləmə mexanizmi;
- Sözügedən prosesdə diqqət edilməli olan etik məsələlər;
- Müqavilələrə Med-Arb müddəasının daxil edilməsi;
- Yerli qanunvericilik kontekstində tətbiqinin mümkünlüyü və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə Med-Arb müddəasının və qaydalarının hazırlanması, həmçinin mövzu ilə bağlı müxtəlif kazuslar əsasında müzakirə aparılmışdır.