2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 6 May 2023-cü il tarixində, saat 11:00-da “Arbitraj Müddəasının Müstəqilliyi Prinsipi: Beynəlxalq Kommersiya Arbitrajı Aspektindən” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Mansur Səmədovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Arbitraj müddəasının müstəqilliyi prinsipi konsepti;
- Adıçəkilən prinsipin tətbiqi: səbəb olduğu nəticələr;
- “Kompetenz-kompetenz” prinsipi ilə əlaqəsi;
- Əsas müqavilənin etibarsızlığı: “contract formation” və “contract validity” və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə müxtəlif beynəlxalq kommersiya arbitraj qərarları ətrafında müzakirələr aparılmışdır.